Logo

Peşə təhsil müəssisələrində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan silsilə tədbirlər həyata keçirilir

19.01.2022 16:56 622 baxış
IMG

20 Yanvar faciəsinin otuz ikinci il dönümü ilə əlaqədar peşə təhsil müəssisələrində müəssisə rəhbərlərinin, tələbə və müəllim kollektivinin iştirakıyla silsilə tədbirlər keçirilir.

Tehsil.biz xəbər verir ki, tədbirlər çərçivəsində peşə təhsil müəssisələrinin pedaqoji və texniki heyəti tərəfindən Bakı şəhəri və regionlarda yerləşən Şəhidlər Xiyabanı ziyarət edilib. 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Peşə təhsil müəssisələrinin rəhbərləri çıxışları zamanı 20 Yanvar hadisələrində xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən söz açıblar. Qeyd olunub ki, 20 Yanvar hadisələrinə ilk hüquqi və siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. 1994-cü il martn 29-da Milli Məclis 20 Yanvar hadisəsi haqqında qərar qəbul edib, 1998-ci ildə isə “20 Yanvar Şəhidi”  fəxri adı təsis olunub. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev də Ulu Öndərin yolunu uğurla davam etdirir. Prezident İlham Əliyevin fərmanı ilə 2006-cı ildə 20 Yanvar şəhid ailələri üçün təqaüd təsis edilib, şəhidlərin xatirəsinə memorial kompleks ucaldılıb.

Daha sonra tələbələr Qanlı Yanvar hadisələrinin baş vermə səbəbləri, Sovet ordusunun dinc sakinlərə qarşı törətdiyi qətliamlar haqqında geniş təqdimatlarla çıxış edərək bu faciənin Azərbaycan xalqının azadlıq mübarizəsində xüsusi rolunu diqqətə çatdırıblar.

Xəbər lenti