Logo

Azərbaycanda iki dəfə evli olmuş kişi məktəbli qızı qaçırtdı - VİDEO

19.01.2022 18:29 183 baxış
IMG

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Tərtər rayonunda məktəbli qızın qaçırılması ilə bağlı məlumatlara münasibət bildirib.

Qurumdan bildirilib ki, Tərtər rayonunun Evoğlu kəndində kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədovanın Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılması ilə bağlı 19 yanvar tarixində Dövlət Komitəsinə məlumat daxil olub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dərhal faktın araşdırılmasına başlayıb.

Bununla bağlı Dövlət Komitəsi tərəfindən Tərtər və Ağdam rayon İcra hakimiyyətlərində fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”ya məktubla müraciət edib.

Xəbər lenti