Logo

“Məktəblinin dostu”nun fəaliyyəti nədən ibarətdir?

19.01.2022 18:36 548 baxış
IMG

“Məktəblinin dostu” layihəsi onu həyata keçirən rəhbərlikdən, layihənin fəaliyyətini istiqamətləndirən əlaqələndiricilərdən, layihə daxilindəki xüsusi Psixoloji Mərkəzdə və təhsil müəssisələrində xidmət göstərən psixoloqlardan, stabil və ya mobil qruplar şəklində təhsil müəssisələrində fəaliyyət göstərən əməkdaşlardan ibarətdir.

Tehsil.biz bildirir ki, “Məktəblinin dostu” layihəsinin fəaliyyəti çərçivəsində xidmət göstərən psixoloqlar və əməkdaşlar sifarişçi qismində çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə bu layihəni həyata keçirəcək icraçı qismində çıxış edən fiziki şəxslər arasında bağlanmış xidməti mülki-hüquqi müqavilə ilə fəaliyyət göstərirlər və onlarla bağlanılan müddətli müqavilələrdən irəli gələn məsələlər mülki qanunvericiliklə tənzimlənir. 

“Məktəblinin dostu” layihəsinin fəaliyyəti çərçivəsində tərəflər arasında bağlanmış xidməti müqaviləyə əsasən layihəyə cəlb edilən, layihə daxilindəki xüsusi mərkəzdə və təhsil müəssisələrində xidmət göstərən psixoloqlar layihənin tələblərinə uyğun olaraq şagirdlərə, onların valideynlərinə (qanuni nümayəndələrinə), məktəbin rəhbərliyinə, müəllimlərə, habelə stabil və ya mobil qruplar şəklində məktəblərdə fəaliyyət göstərən layihənin əməkdaşlarına psixoloji xidmətlərin göstərilməsini, onlar üçün psixoloji təlimlərin keçirilməsini, şagirdlərin davranışına nəzarət edilməsini, təhsil müəssisəsinin ərazisində, habelə müəllim və şagirdlər arasında gərgin vəziyyətlərin qarşısının alınması üçün müvafiq tədbirlər görülməsini öhdəsinə götürür və hər ay həyata keçirtdiyi xidmətlərin icrası və nəticələri barədə imzaladığı aktı layihə rəhbərinə təhvil verirlər. 

“Məktəblinin dostu” layihəsinin fəaliyyəti çərçivəsində tərəflər arasında bağlanmış xidməti müqaviləyə əsasən layihəyə cəlb edilən, stabil və ya mobil qruplar şəklində təhsil müəssisələrində fəaliyyət göstərən əməkdaşlar, layihənin tələblərinə uyğun olaraq müəllim və şagirdlər üçün daha təhlükəsiz mühitin yaradılmasını, ilk tibbi və psixoloji yardımın göstərilməsini, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisəsinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə işinin aparılmasını, tədris prosesinin sağlam, təhlükəsiz, əlverişli psixoloji mühitdə təşkil edilməsini, valideynlərin övladlarının təhsil şəraiti barədə məlumatlılığının artırılmasını, şagirdlərə peşə seçimi və karyera planlaşdırılmasında məsləhət verilməsi işlərini öz üzərinə götürür və hər ay həyata keçirtdiyi xidmətlərin icrası və nəticələri barədə özlərinin və təhsil müəsisisəsinin rəhbərinin imzaladığı aktı layihə rəhbərinə təhvil verirlər.

Xəbər lenti