Logo

AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinə yeni dekan seçilib

19.01.2022 20:10 411 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinə dekan seçkisi keçirilib.

Tehsil.biz xəbər verir ki, seçki "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları" na uyğun təşkil olunub.  Əvvəlcə seçkidə iştirak etmək üçün namizədliyini irəli sürmüş AzTU-nun Magistratura şöbəsinin müdiri Malik Qarayevin platforması dinlənilib. Daha sonra fakültənin professor-müəllim heyətinin iştirakı ilə gizli səsvermə keçirilib. Seçkinin nəticəsinə görə səsvermədə iştirak edən hər kəs namizədin lehinə səs verib. Beləliklə, Malik Qarayev AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin yeni dekanı seçilib.

Seçkidən sonra keçirilən iclasda rektor Vilayət Vəliyev Malik Qarayevi dekan seçilməsi münasibətilə təbrik edib. Qeyd edib ki, Maşınqayırma və robototexnika fakültəsi universitetin ən qədim tarixi olan fakültələrindəndir. Fakültənin işinin müasir standartlar səviyyəsində qurulması, təhsilin və tədqiqatın keyfiyyətinin yüksəldilməsi günün əsas tələblərindən biridir. Rektor qeyd olunan istiqamətlər üzrə Malik Qarayevin böyük təcrübəsinin olduğunu bildirib, ona fəaliyyətində uğurlar arzulayıb.

Malik Qarayev ona göstərilən etimada görə professor-müəllim heyətinə təşəkkür edib, fəaliyyəti müddətində etimadı doğruldacağını bildirib. 

Xəbər lenti