Logo

Rektor Elçin Babayev BDU-nun tələbə qazilərilə görüşüb

19.01.2022 20:33 696 baxış
IMG

Bu gün Bakı Dövlət Universitetində (BDU) 44 günlük Vətən müharibəsində iştirak edən tələbələrlə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, BDU-nun rektoru Elçin Babayev qaziləri salamlayaraq Azərbaycan Respublikasını Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. E.Babayev şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən söz açıb. Bu tarixi zəfərin Prezident-Xalq-Ordu birliyi sayəsində əldə olunduğunu xüsusi vurğulayıb. O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib.

Elçin Babayev qazi tələbələrin təhsilləri ilə maraqlanıb, onlara qanunvericilik çərçivəsində hər cür dəstək göstəriləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, BDU Elmi Şurasının qərarı alt qruplarda təhsil alan tələbələr ödənişdən azad ediliblər. Müharibə  iştirakçısı olan tələbələrin yüksək təhsil almaları üçün bütün şərait yaradılıb.

Görüşdə qazilərin sualları cavablandırılıb, təklifləri nəzərə alınıb. Vətən müharibəsi iştirakçıları isə onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti