Logo

Fənlər üzrə işçi qruplarının iclası keçirilib

19.01.2022 20:49 108 baxış
IMG

19 yanvar 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində fizika və rus dili (tədris dili) fənləri üzrə işçi qruplarının iclası keçirilib.

Fizika fənni üzrə işçi qrupunun iclasında gündəlik məsələ I və IV ixtisas qrupları üzrə sınaq imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.

Rus dili (tədris dili) fənni üzrə işçi qrupunun iclasında gündəlik məsələ ümumi (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarında test bankının təkmilləşdirilməsi və sual kitabçalarının formalaşdırılması üçün nəzərdə tutulan tövsiyələrin hazırlanması olub.

Öncə işçi qruplarının iclaslarında 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

İşçi qruplarının növbəti iclası 26 yanvar 2022-ci il tarixində olacaq.

Xəbər lenti