Logo

Mingəçevir Dövlət Universitetində “ADA” Universitetinin məlumatlandırma görüşü keçirilib

19.01.2022 21:48 383 baxış
IMG

Mingəçevir Dövlət Universitetində (MDU) “ADA” Universitetinin əməkdaşlarının iştirakı ilə məlumatlandırma görüşü keçirilib.

Görüşdə MDU-nun sonuncu kurs tələbələri və magistrantları, gənc əməkdaşları iştirak ediblər.

MDU-dan bildiriblər ki, məlumatlandırma görüşündə “ADA” Universiteti tərəfindən 2022/2023-cü tədris ilində magistratura səviyyəsində kadr hazırlığı aparılacaq “Təhsil üzrə menecment” və “Təlim və tədrisin təşkili və metodikası” proqramları barədə ətraflı məlumat verilib. Hər iki proqram üzrə tədrisin “ADA” Universitetində və “ADA” Universitetinin Qazax Mərkəzində əyani və distant formada təşkil ediləcəyi bildirilib.

“ADA” Universitetinin əməkdaşları Səidə Nəbiyeva və Mahnur Abbasova təmsil etdikləri ali təhsil müəssisəsinin təqdim etdiyi təhsil imkanları haqqında danışıb, tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

Qeyd edək ki, tədbirdən əvvəl MDU-nun rektoru Şahin Bayramov ilə “ADA” Universitetinin əməkdaşları arasında keçirilən görüşdə potensial əməkdaşlıq imkanları müzakirə olunub.

Xəbər lenti