Logo

Respublika Fənn Olimpiadaları. İnformatika fənni üzrə praktiki tur keçirilir

20.01.2022 10:39 392 baxış
IMG

22.01.2022-ci il tarixində Respublika Fənn Olimpidaları təşkil olunacaq. İnformatika fənni üzrə olimpiadalar virtual formada keçiriləcək.

Şagirdlərin yarış idarəetmə sistemindən istifadə bacarıqlarının inkişafı məqsədilə praktiki sessiya təşkil olunub. Sessiya 20.01.2022-ci il saat 20:00-a kimi aktiv olacaq. Qeydiyyatdan keçən şagirdlərin praktiki sessiyada iştirakı tövsiyə olunur. İstifadəçi adı və parollar qeydiyyat zamanı təqdim edilən telefon nömrələrinə sms vasitəsilə göndərilib. Praktiki sessiyada iştirak etmək üçün linklərə keçid edə bilərsiniz:

9-cu siniflər - https://bit.ly/3IcFcPa

10-cu siniflər - https://bit.ly/3rtJbQM

11-ci siniflər - https://bit.ly/3GXhre5

Əsas yarış 22.01.2022-ci il tarixində saat 10:00-da 8-9-cu siniflər, 13:00-da 10-cu siniflər və 16:00-da 11-ci siniflər üçün keçiriləcək. Hər bir yaş qrupu üçün olimpiadanın birinci turunun müddəti 2 saatdır. İstifadəçilərə həll etmək üçün alqoritmik məsələlər təqdim olunacaq və yarış mühitində C++ və Phyton proqramlaşdırma dillərində yazılan həllər avtomatik sistem tərəfindən qəbul ediləcək.

Xəbər lenti