Logo

ADPU Tələbə Gənclər Təşkilatı “Azadlığa gedən yol” adlı tədbir keçirib

20.01.2022 13:09 178 baxış
IMG

Yanvarın 19-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ofisində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə "Azadlığa gedən yol" adlı tədbir keçirilib. 

Tehsil.biz xəbər verir ki, tədbirdə 1990-cı ilin 20 Yanvar hadisələrinin şahidi Mənsur Qocayev və ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müəllimi  Laçın Mustafayev iştirak etmişlər. Qanlı Yanvar hadisələrini özündə əks etdirən videoçarxın nümayiş olunmasından sonra M.Qocayev və L.Mustafayev 32 il əvvələ qayıdaraq baş verənlərin Azərbaycan xalqının müstəqilliyə gedən şərəfli yolda mübarizə ruhunu daha da artırdığını vurğulamışlar. 1990-ci ilin yanvar ayının 21-də Moskvada çıxış edən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin baş verən qanlı terrora lazımi siyasi qiymət verilməsinin labüdlüyünü bütün dünyaya çatdırmasının həmin dönəm çox böyük tarixi bir məqam olduğu qeyd olunmuşdur.

Tədbirdə ADPU TGT-nin 30-a yaxın üzvü iştirak etmişdir.

Xəbər lenti