Logo

MDU-nun Tələbə Gənclər Təşkilatı 20 Yanvar faciəsinin 32-ci il dönümünə həsr edilmiş tədbir keçirib

20.01.2022 17:36 244 baxış
IMG

2022-ci ilin 20 yanvar tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatı Mingəçevir Gənclərin İnkişafı və Karyera Məkrəzi (GİKM) ilə birlikdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “Hədəf 5%” proqramı çərçivəsində “Tarixi qan yaddaşı” adlı tədbir keçirib. Tədbirdə MDU-nun bir qrup tələbəsi və gənc əməkdaşı, GİKM-in üzvləri iştirak ediblər.

Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində baş tutan tədbir 32-ci ildönümünü andığımız 20 Yanvar Şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tehsil.biz xəbər verir ki, tədbirdə 20 Yanvar faciəsinin heç zaman unudulmayacağı və qanlı hadisə barədə məlumatın gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulanıb, dəhşətli cinayətin təfərrüatlarından danışılıb. Sözügedən faciənin eyni zamanda qəhramanlıq dastanı kimi xarakterizə olunduğu tədbirdə tələbə gənclərin ifasında həmin hadisələrdən bəhs edən şeirlər və musiqi parçaları səsləndirilib.

MDU-nun Tələbə Gənclər Təşkilatının fəaliyyətində vətənpərvərlik ruhunun inkişafı və Azərbaycan tarixinin öyrənilməsi məsələləri diqqət mərkəzində saxlanılır.

Xəbər lenti