Mədəniyyət naziri Anar Kərimov və nazirliyin kollektivi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, ölkəmizin azadlığı uğrunda həlak olan qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunub.