Logo

Tanınmış kino xadimi vəfat edib

20.01.2022 22:25 474 baxış
IMG

Azərbaycanda tanınmış kino təşkilatçısı, prodüser Aydın Abdullayev vəfat edib.

"Tehsil.biz"in modern.az-a istinadən məlumatına görə, bu barədə mərhumun dostları bildiriblər.

Aydın Əşrəf oğlu Abdullayev 7 iyun 1951-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb (1977). 1975-ci ildən kino sahəsində çalışıb: film inzibatçısı, animasiya sexinin inzibatçısı, sex rəisi, kino salnaməsi sexinin rəisi işləyib. "Azərbaycanfilm" kinostudiyasında direktor müavini, direktor əvəzi (1993-1994), "Azanfilm" kinostudiyasının direktoru (1994-2000) olub. 20-dək animasiya filminin direktorudur.

Allah rəhmət eləsin.

Xəbər lenti