Logo

Məşhur aktyor vəfat etdi

21.01.2022 09:07 445 baxış
IMG

Fransa kinosunun məşhur aktyorlarından olan Qaspard Ulliel dağ-xizək kurortunda baş verən qəza nəticəsində vəfat edib.

37 yaşlı Ulliel ölkənin cənubundakı La Rosiere xizək mərkəzində xizək sürərkən başqa bir xizəkçi ilə toqquşması nəticəsində ağır yaralanıb və huşunu itirib.

Helikopterlə Qrenobl şəhərindəki xəstəxanaya aparılan Ulliel müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Mənbə: NTV

Xəbər lenti