Logo

"Bu tərbiyəni pozur, gəncləri çaşdırır” - Şahlar Əsgərov

21.01.2022 10:26 289 baxış
IMG

"İnkişaf etmiş dövlətlər üçün təhsil vasitə, inkişaf etməkdə olan ölkələr üçün təhsil məqsəddir. Biz də təhsilə məqsəd kimi yox, vasitə kimi baxmalıyıq ki, sürətlə inkişaf edək. Gənclərə elə təhsil verməliyik ki, onlar gələcəkdə içərisindən keçdikləri hadisələrlə bağlı düzgün qərarlar qəbul edə bilsinlər. Hadisələrin, proseslərin obyekti yox, subyekti olsunlar”.

Tehsil.biz xəbər verir ki, bu fikirləri Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.

Professor bildirib ki, təhsil düşüncəni kamilləşdirməlidir. İnsanlar başa düşməlidirlər ki, "əyri yolla pul yığmaqla yox, başqalarını xoşbəxt etməklə, xoşbəxt olmaq olar: “Təhsil gənclərə vətəni sevmək, şərəflə yaşamaq, düz danışmaq kimi insani keyfiyyətəri öyrətməlidir. Təhsil təhsilalanları başa salmalıdır ki, yalanla dünyanın o biri başına getmək olar, ancaq geri qayıtmaq olmaz”.

Şahlar Əsgərovun dediyinə görə, mənəviyyatın aşılanmasının qarşısını almaq üçün tərbiyə probleminə yeni baxış lazımdır: “Tərbiyə məsələsinə təhsil subyektlərinin baxışı müxtəlifdir. Bu isə tərbiyəni pozur, gəncləri çaşdırır. Təhsil subyektlərinin mükəmməl bilməli olduqları zəruri müddəaların toplandığı "ədəb qaydaları"na və ya "Tərbiyə manafesti"nə ehtiyac böyükdür”.

BakuPost

Xəbər lenti