Logo

Müraciət et, Serbiyada təhsil imkanı qazan!

21.01.2022 11:22 920 baxış
IMG

Serbiya Respublikası tərəfindən 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün elan edilən təqaüd proqramına müraciətlərin qəbulu davam edir.

Tehsil.biz xəbər verir ki, müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları 23 yanvar 2022-ci il tarixinədək tələb olunan bütün sənədləri Təhsil Nazirliyinin elektron ərizə sistemi vasitəsilə təqdim  etməlidirlər.

Qeyd edək ki, Serbiya hökumətinin “Serbiyada Sülh” proqramı çərçivəsində Belqrad Universiteti, Kraqujevac Universiteti, Nis Universiteti və Novi Sad Universitetində təhsil almaq üçün bakalavriat (21 yaşadək namizədlər), magistratura (25 yaşadək namizədlər) və ya doktorantura (35 yaşadək namizədlər) təhsil səviyyələri üzrə 2 təqaüd yeri ayrılıb.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Xəbər lenti