Logo

Təsviri sənət istiqaməti üzrə işçi qrupunun növbəti iclası keçirilib

21.01.2022 12:18 139 baxış
IMG

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən təsviri sənət istiqaməti üzrə işçi qrupunun növbəti iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, yanvarın 19-da keçirilən iclasda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Azərbaycan Memarlıq və İnşaat Universitetinin təsviri sənət istiqamətinə aid ixtisasları üzrə kadr hazırlığını həyata keçirən mütəxəssisləri iştirak ediblər.

İşçi qrup 2022-ci ildə keçiriləcək xüsusi qabiliyyət imtahanlarında rəsm fənni üzrə qiymətləndirmə zamanı tətbiq ediləcək alt meyarları müzakirə edib. Müzakirədə ekspertlər tərəfindən bir sıra təkliflər irəli sürülüb.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar haqqında ümumi məlumatlar “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində nəşr ediləcək. Qabiliyyət imtahanlarına hazırlaşmaq və ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını izləməyi tövsiyə edirik.

Xəbər lenti