Logo

“Abituriyent” jurnalının xüsusi buraxılışında düzəliş edilib

21.01.2022 15:00 460 baxış
IMG

Dövlət İmtahan Mərkəzi qəbul imtahanının I mərhələsi və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün nəşr olunan “Abituriyent” jurnalının xüsusi buraxılışında düzəliş edib.

DİM-dən "Tehsil.biz"ə verilən xəbərə görə, “Abituriyent” jurnalının xüsusi buraxılışında (Azərbaycan və rus bölməsi, səh.3) “TC altqrupuna daxil olan ixtisaslar – Beynəlxalq münasibətlər, Regionşünaslıq, Tarix və coğrafiya müəllimliyi” kimi qeyd olunan ixtisaslar, Beynəlxalq münasibətlər və Regionşünaslıq kimi olmalıdır.

TC altqrupuna yalnız Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisasları daxildir.

Xəbər lenti