Logo

Neftçalada itkin düşən məktəbli tapılıb

21.01.2022 15:30 763 baxış
IMG

Neftçala rayonunda itkin düşən 16 yaşlı məktəbli oğlan tapılıb.

Tehsil.biz “Report”a istinadən xəbər verir ki, rayonun I Mayak kənd sakini, 2006-cı il təvəllüdlü Lətifov Rəvan Elşən oğlu bu gün səhər saatlarında doğulduğu kəndə qayıdıb.

R.Lətifovun evdən getməsini valideynlərinə etiraz əlaməti olaraq atdığını deyib. O, ötən gün axşam saatlarında evdən çıxıb, əvvəlcə Salyan rayonuna, sonra isə Bakıya yola düşüb. Gecə saatlarında paytaxtda yarımtiklilərin birində qalıb. Ertəsi gün evə qayıdarkən isə axtarıldığını eşidib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti