Logo

“Məktəblinin dostu” layihəsinə əməkdaşlar necə seçilir?

21.01.2022 16:21 1340 baxış
IMG

“Məktəblinin dostu” layihəsinə əməkdaşların seçilməsi ilkin mərhələdə 21-30 yaşlı ali təhsilli gənclərin məntiqi, ümumi dünyagörüşü və psixoloji bilikləri açıq və qapalı test üsulu ilə yoxlanılır və sonrakı mərhələdə müəyyən edilmiş keçid balını toplayan namizədlər müsahibə mərhələsinə dəvət olunurlar.

Tehsil.biz xəbər verir ki, layihədə əməkdaşlar arasında pedaqoji təhsilə malik şəxslərin çəkisini qorumaq üçün Təhsil Nazirliyinin mərkəzləşdirilmiş formada keçirtdiyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə müəyyən edilmiş yüksək bal toplayan şəxslər isə birbaşa müsahibə mərhələsinə keçirlər.

Müsahibəyə keçid balları namizәdlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla balanslaşmış formada müәyyәn edilir. Müsahibələr Təhsil Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və layihənin əməkdaşlarından ictimai əsaslarla təşkil edilən komissiyalar tərəfindən ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin iştirakı ilə "ASAN Xidmət" mərkəzlərində keçirilir. Seçimlərdə ictimai fəaliyyətdə aktiv iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan gənclərə üstünlük verilir. 

Müsahibədən uğurla keçən namizədlər Səhiyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Təhsil Nazirliyinin əməkdaşları, layihənin psixoloqları və əlaqələndiriciləri tərəfindən təlimlərə cəlb olunurlar. İki ay müddətində davam edən təlimlər həkimlər, psixoloqlar, pedaqoqlar və digər mütəxəsislər tərəfindən həyata keçirilir.

Təlimlərin sonunda qiymətləndirmə nəticələrinə əsasən seçilmiş namizədlər, məktəblərdə təcrübələrə cəlb edilərək “Məktəblinin dostu” layihəsinə mövcud vakansiyaya uyğun əməkdaş və ya ehtiyat kadr kimi cəlb edilirlər. "ASAN Xidmət" mərkəzlərində təşkil olunan könüllülük fəaliyyətində iştirak edib məzun olmuş və MİQ müsabiqəsindən müəyyən edilmiş keçid balını toplayan şəxslər istisna olmaqla digər şəxslərə "ASAN Xidmət" mərkəzlərində iki ay müddətində könüllü kimi işləyəndən sonra xüsusi sertifikatlar verilir.

Hazırda məktəblərdə fəaliyyət göstərən layihə əməkdaşlarının yarısından çoxu pedaqoji ali təhsilli kadrlardan ibarətdir.

Xəbər lenti