Logo

Azərbaycan TALIS 2024 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək

21.01.2022 16:34 516 baxış
IMG

Azərbaycan TALIS 2024 (Teaching and Learning International Survey) - Təlim və Tədris üzrə Beynəlxalq Araşdırma tədqiqatında iştirak edəcək.

Tehsil.biz xəbər verir ki, 3 mərhələdən ibarət olan tədqiqatın pilot mərhələsi 2022-ci ildə baş tutacaq. Tədqiqat müəllimlərin və məktəb rəhbərlərinin təhsillə bağlı yanaşmalarını anlamaq məqsədilə 5 ildən bir keçirilir. 

TALIS tədqiqatı müəllimlərin tədris təcrübələri, idarəetmə bacarığı, müəllimlərin peşəkar inkişafı, məktəb mühiti, iş məmnuniyyəti və s. mövzular üzrə beynəlxalq müqayisələrə imkan verən məlumatlara sahib olmaq fürsəti yaradır.

Qeyd edək ki, Azərbaycan sözügedən tədqiqatda ilk dəfə iştirak edəcək. 

Xəbər lenti