Logo

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edilir

21.01.2022 17:32 729 baxış
IMG

21 yanvar 2022-ci il tarixindən Kənd Təsərrüfatı Nazirliyi və Gənclər və İdman Nazirliyində inzibati vəzifələrin 2-4-cü təsnifatına uyğun olan dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) aid 9 inzibati vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib. 

Tehsil.biz xəbər verir ki, daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Aqrar Kredit və İnkişaf Agentliyinin sədri vəzifələridir.

Ümumilikdə isə Kənd Təsərrüfatı Nazirliyində 7, Gənclər və İdman Nazirliyində 2 vakant inzibati vəzifə daxili müsahibə elanına çıxarılmışdır.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə vəzifələrin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 21 yanvar 2022-ci il tarixindən 9 fevral 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Xəbər lenti