Logo

Təhsil krediti almaq üçün bu günədək 5 minə yaxın tələbə müraciət edib

21.01.2022 19:20 414 baxış
IMG

Yanvarın 21-nə olan məlumata görə, təhsil tələbə krediti almaq üçün 4869 tələbə müraciət edib.

Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müraciət edənlərdən 525 nəfərə qeydiyyatdakı uyğunsuzluqlara görə imtina cavabı gəlib. 1971 nəfər tələbənin müraciəti indiyədək banka göndərilib. 1393 nəfərin müraciəti rəsmiləşdirilmək üçün müvəkkil bankdadır.

223 nəfər tələbənin müraciəti sosial, 355 nəfər tələbənin müraciəti isə standart təhsil tələbə krediti üzrə bank tərəfindən rəsmiləşdirilib.

Qeyd edək ki, təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna 2021-ci il noyabrın 25-dən başlanılıb.

Xəbər lenti