Azərbaycanda peşə təhsilinə cəlb edilən məhkumların sayı açıqlanıb.
"Report"un xəbərinə görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin (PX) rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov keçirilən müşavirədə bildirib ki, cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən 8 peşə məktəbi, 11 peşə filialı və qruplarında 17 ixtisas üzrə 62 qrupda 1 220 nəfər məhkum peşə təhsilinə cəlb olunub.
Onlardan 946 məhkum təhsillərini başa vuraraq müvafiq diplomlara yiyələniblər.