Logo

Məşhur komediya aktyoru vəfat edib

21.01.2022 23:19 229 baxış
IMG

"Life with Louie" cizgi serialından tanınan amerikalı komediya usdası Lui Anderson 68 yaşında dünyasını dəyişib.

Tehsil.biz APA-ya istinadən bildirir ki, bu barədə TMZ nəşri məlumat yayıb.

Aktyor bu gün müalicə olunduğu Las-Veqas xəstəxanasında vəfat edib.

Onun uzun müddət qan xərçəngindən əziyyət çəkdiyi bildirilib.

Qeyd edək ki, Lui Anderson 1953-cü ildə ABŞ-ın Minnesota ştatında anadan olub. Məşhur komediya aktyoru, həmçinin, müxtəlif televiziya layihələrində də rol alıb.

Xatırladaq ki, rejissoru olduğu "Life with Louie" cizgi serialı onun uşaqlıq illərində valideynləri ilə keçirdiyi həyat xatirələri əsasında çəkilib.

Xəbər lenti