Logo

ABŞ-da məktəbdə şagird güllələnib

22.01.2022 09:26 882 baxış
IMG

ABŞ-ın Merilend ştatında şagird digər şagird tərəfindən güllələnib.

Tehsil.biz xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə yerinə çatan hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal binanı mühasirəyə alaraq, cinayətkarın hadisə yerindən yayınma ehtimalını aradan qaldırıblar.

Binada aparılmış axtarışlar nəticəsində cinayəti törətməkdə şübhəli bilinən digər 17 yaşlı məktəbli saxlanılaraq, nəzarət altına alınıb.

Qeyd olunur ki, yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisənin səbəbləri haqqında məlumat verilmir. (Trend)

Xəbər lenti