Logo

Dövlət Proqramı məzununun iştirakı ilə təlim təşkil olunacaq

22.01.2022 09:40 722 baxış
IMG

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunlarının iştirakı ilə təlimlər davam edir.

Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, yanvarın 28-i saat 16:00-da keçiriləcək təlim “İdarəetmədə çevik yanaşma və onun insan resurslarının idarə edilməsi üçün əsas təsirləri” mövzusuna həsr olunub. Təlim Dövlət Proqramı məzunu Tural Məmmədov tərəfindən keçiriləcək.

Təlimdə iştirak etmək üçün Təhsil Nazirliyinin saytında qeydiyyatdan keçmək lazımdır. Onlayn təlimə dair link yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

Xəbər lenti