Logo

Alimlər Hubble teleskopu vasitəsilə qalaktika mərkəzində qeyri adi qara dəlik aşkar ediblər

22.01.2022 10:00 426 baxış
IMG

Alimlər Hubble teleskopu vasitəsilə bir neçə milyard ulduzdan ibarət kiçik qalaktika mərkəzində qeyri adi qara dəlik aşkar ediblər.

Sözügedən qalaktika Yer kürəsindən 30 milyon işıq ili uzaqlığında yerləşir.

Qalaktikanın mərkəzində aşkar edilmiş qara dəliyin qeyri-adiliyi isə ondan ibarətdir ki, o, ulduzları məhv etmək əvəzinə yeni ulduzların yaranmasına imkan verir.

Hubble teleskopu vasitəsilə əldə edilmiş fotolarda qara dəliyin ifraz etdiyi qaz axınını görmək olar.

Həmin qaz axını yeni ulduzların yarandıqları sahəyə doğru irəliləyir.

Nəticədə həmin qaz axını onsuz da sıx olan qaz buludunda yeni ulduzların yaranmasına səbəb olur.

Alimlərin fikirlərinə əsasən kiçik qalaktikaların mərkəzlərində olan qara dəliklər erkən kainatdakı qara dəliklərin analoqları ola bilərlər.

Xəbər lenti