Logo

Respublika Fənn Olimpadalarının rayon (şəhər) mərhələsi keçirilir

22.01.2022 11:19 875 baxış
IMG

22 yanvar 2022-ci il tarixində ölkəmizin bütün rayon və şəhərlərində Respublika Fənn Olimpadalarının rayon (şəhər) mərhələsi keçirilir.

Tehsil.biz xəbər verir ki, ümumilikdə 30.000-dən çox şagirdin qatıldığı Respublika Fənn Olimpiadaları 9,10,11-ci siniflər və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirləri arasında 8 fənn (riyaziyyat, informatika, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrədir.

Respublika Fənn Olimpiadalarının keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağın artırılmasından ibarətdir. İnformatika fənni üzrə RFO rayon (şəhər) mərhələsi onlayn təşkil olunur.

Rayon (şəhər) mərhələsinin nəticələri www.portal.edu.az, www.olimpiada.edu.az saytları və iştirakçıların təhsil aldıqları ümumtəhsil müəssisəsələri vasitəsilə 30 yanvar 2022-ci il tarixindən etibarən elan olunacaq.

Respublika Fənn Olimpiadaları “Kapital Bank” - ın baş sponsorluğu ilə həyata keçirilir.

Xəbər lenti