Logo

Tələbələrin qış düşərgəsinə qeydiyyat prosesi yekunlaşır

22.01.2022 15:22 523 baxış
IMG

Tələbələrin qış düşərgəsinə qeydiyyat prosesinin yekunlaşmasına 2 gün qalıb.

Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, düşərgədə iştirak etmək istəyən tələbələr yanvarın 24-dək Təhsil Nazirliyinin saytındakı link vasitəsilə qeydiyyatdan keçməli və ali riyaziyyat üzrə baza biliklərin (riyazi analiz, cəbr və ədədlər nəzəriyyəsi fənləri üzrə) yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında uğur qazanmalıdırlar.

Düşərgədə ali təhsil müəssisələrinin riyaziyyat və texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alanlar iştirak edə bilərlər.

Xatırladaq ki, düşərgə Təhsil İnstitutunun təşkilatçılığı ilə fevralın 5-dən 13-dək Quba rayonunda təşkil ediləcək.

Xəbər lenti