Logo

Süni intellekt və tətbiqi riyaziyyat üzrə beynəlxalq konfrans təşkil ediləcək

22.01.2022 16:09 347 baxış
IMG

Azərbaycan Texniki Universitetin (AzTU) ev sahibliyi ilə mayın 20-dən 22-dək mühəndislikdə süni intellekt və tətbiqi riyaziyyat üzrə beynəlxalq konfrans keçiriləcək.

Universitetdən bildirilib ki, konfransın təşkilatçıları AzTU, Mingəçevir Dövlət Universiteti, Qazi Universiteti, Süleyman Dəmirəl Universiteti və İsparta Tətbiqi Elmlər Universitetidir.

Məqsəd süni intellekt üzrə yeniliklər edən mütəxəssislərin ixtiralarını geniş auditoriyaya çatdırmaqdır.

Xəbər lenti