Logo

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri yanvarın 30-dan etibarən elan olunacaq

22.01.2022 16:25 356 baxış
IMG

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri yanvarın 30-dan etibarən elan olunacaq.

Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, iştirakçılar www.portal.edu.azwww.olimpiada.edu.az saytları və təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə nəticələri barədə məlumat əldə edə biləcəklər.

Qeyd edək ki, bu gün 2021-2022-ci tədris ili üzrə respublika fənn olimpiadalarının birinci rayon (şəhər) mərhələsi keçirilib. Cari tədris ilində fənn olimpiadalarında iştirak etmək üçün ümumilikdə 32 mindən çox şagird qeydiyyatdan keçib.

Fənn olimpiadalarının təşkilində məqsəd istedadlı uşaqların aşkarlanması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.

Xəbər lenti