Logo

Böyük Britaniyada kral III Henrinin dövrünə aid sikkə tapılıb

24.01.2022 08:30 568 baxış
IMG

Böyük Britaniyada kral III Henrinin dövrünə aid sikkə tapılıb.

Tehsil.biz xəbər verir ki, ölkənin cənub-qərbində yerləşən Devon şəhərində əkinçilik sahəsində tapılan qızıl sikkənin 1257-ci ildə zərb edildiyi müəyyənləşib.

Sikkənin üzərində kral bir əlində qlobus, digərində isə əsa tutmuş şəkildə təsvir olunub. Zərb edilən pulların günümüzə qədər gəlib çatmış cəmi 8 nümunəsinin olduğu vurğulanıb.

Hərraca çıxarılan qızıl qəpiyin 400 min funt sterlinqə alıcı tapacağı gözlənilir.

Kral III Henri 1216-cı ildən 1272-ci ilə qədər (ölümünə qədər) Britaniyanı idarə edib və o, ölkə tarixində ən uzun hökmranlıq edən krallardan biridir.

Qeyd edək ki, Böyük Britaniyanın 1996-cı il Xəzinədarlıq Qanununa əsasən, sikkəni tapan şəxs, daha geniş bir kəşfin bir hissəsi olmasa sikkəni saxlaya və ya sata bilər. (AZƏRTAC)

Xəbər lenti