Logo

Tələbələr üçün "Qış düşərgəsi"nə qeydiyyat başa çatır

24.01.2022 09:35 304 baxış
IMG

Yanvarın 24-də tələbələrin "Qış düşərgəsi"nə (Winter bootcamp) qeydiyyat prosesi başa çatır. 

Tehsil.biz xəbər verir ki, düşərgədə iştirak etmək istəyən tələbələr https://anket.edu.az/link/174 linki vasitəsilə qeydiyyatdan keçməli və ali riyaziyyat üzrə baza biliklərin (“Riyazi analiz”, “Cəbr və ədədlər nəzəriyyəsi” fənləri üzrə) yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında uğur qazanmalıdırlar.

Düşərgədə ali təhsil müəssisələrinin riyaziyyat və texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alanlar iştirak edə bilərlər.

Qeyd edək ki, düşərgə Təhsil İnstitutunun təşkilatçılığı ilə 5-13 fevral 2022-ci il tarixlərində Quba rayonunda təşkil ediləcək. 

Xəbər lenti