Logo

"Yaradıcı müəllim" müsabiqəsinin qalibləri bəlli olub

24.01.2022 10:00 508 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən "Yaradıcı müəllim" təqdimat müsabiqəsinin qalibləri bəlli olub.

Tehsil.biz xəbər verir ki, müsabiqədə BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin müəllimləri iştirak edib.

Müsabiqənin nəticələrinə əsasən, 80 nömrəli tam orta məktəbin müəllimi Aytən Sərdarlı, 3 nömrəli tam orta məktəbin müəllimi Ziyafət Abbasov və 206 nömrəli tam orta məktəbin müəllimi Könül Əliyeva I, 276 nömrəli tam orta məktəbin müəllimi Mədinə Malahova, Məktəb-Lisey Kompleksinin müəllimi Gülnar Mirzəyeva və 83 nömrəli məktəb-liseyin müəllimi Aytən Məmmədova II, 309 nömrəli tam orta məktəbin müəllimi İntiqam Əsgərov, 62 nömrəli məktəb-liseyin müəllimi Vəfa Seyfullayeva və 83 nömrəli məktəb-liseyin müəllimi Mehri Quliyeva III yerə layiq görülüblər.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək.

Qeyd edək ki, Bakı şəhəri 54, 71, 191, 193, 313 nömrəli ümumi təhsil müəssisələrinin müəllimləri  müsabiqədə xüsusi fəallıq göstərdiyinə görə “Tərifnamə”, 4, 5, 9, 17, 32, 61, 74, 75, 80, 83, 100, 112, 114, 116, 121, 124, 136, 155, 160, 161, 163, 164, 165, 167, 171, 181, 195, 201, 215,  220, 278, 227, 244, 248, 257, 266, 279, 283, 287  nömrəli təhsil müəssisələrinin müəllimləri isə fəal iştirakına görə “Təşəkkürnamə” ilə təltif olunacaqlar.  

Müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimləri aşkara çıxarmaq,  təhsilverənlərin nəzəri və təcrübi biliklərini digər müəllimlər arasında yaymaq, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti daha da artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənməkdən ibarətdir.

Xəbər lenti