Logo

“Avtoyükləyici operator” təliminə müraciət qəbul olunur

24.01.2022 10:53 459 baxış
IMG

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Avtoyükləyici operator” təliminə müraciətlər qəbul edir.

Mərkəzdən bildirilib ki, təlimə seçilmiş iştirakçılar avtoyükləyicilərin funksiyaları, yükün ağırlıq mərkəzinin müəyyən edilməsi və boşaldılması barədə biliklər alacaqlar. Təlim iştirakçıları, həmçinin çəngəlli maşınların növləri, funksiyası, tətbiqi, tam yoxlanılması, hidravlik və mexaniki hissələri, idarə edilməsi haqqında məlumatlandırılacaq.

Ənənəvi formatda (emalatxanada) Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək təlim 2 modul üzrə 5 həftə (42 saat) davam edəcək.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar veriləcək. Təlimdə iştirak etmək üçün müraciətlər fevralın 3-dək qəbul olunur.

Xəbər lenti