Logo

Bakı Ali Neft Məktəbi xarici tələbələrin gözündə

24.01.2022 11:00 595 baxış
IMG

Ali Hasnain Meeran Pakistanın ikinci ən böyük şəhəri Lahordandır.

Tehsil.biz xəbər verir ki, o, Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasının IV kursunda təhsil alır.

Pakistanlı tələbə Bakı Ali Neft Məktəbindəki tələbə həyatını 3 kəlimə ilə ifadə edir: ailə, fərdi yanaşma və əyləncə: “Ailə deyə ifadə edirəm, çünki burada hər kəs ailə kimidir, tələbələr bir-birilərini yaxşı tanıyır, hamı çox mehribandır. Buradan məzun olan bir çox tələbə ikinci ailələrini tapdıqlarını deyirlər. Bu Ali Məktəbdə həm də tələbələr üçün o qədər geniş seçimlər var ki, onlar axtardıqlarını tapa bilirlər. Burada həm də əyləncə var. Kampus həyatı çox maraqlıdır”.

O, BANM-də təhsil almağın bilik və bacarıqlar qazanmaq, sosial əhatənin genişlənməsi kimi ömür boyu fayda verəcək üstünlükləri olduğunu da qeyd edir: “BANM ali təhsildə qabaqcıl olmaq, həmçinin həyatda məna və məqsədlərinə çatmağı tapmaqda tələbələrə yol göstərir. Ali Məktəb sadəcə dərəcə almaq deyil, daha böyük üstünlüklərə sahib olmaq imkanı yaradır. Burada hər kəs bir-birinə faydalıdır. Ali Məktəbdə bir çox könüllülük işləri var ki, bu da məni dərs saatlarından əlavə vaxtlarımda daha məhsuldar edir. BANM icmasını da çox güclü edən budur. Burada hər kəs birliyə inanır”.

 

Xəbər lenti