Logo

"Tələbələr buna görə əsassız olaraq yüklənirlər" - Rektor

24.01.2022 11:14 391 baxış
IMG

"Sovet dönəmində ali təhsil belə qurulmuşdu ki, demək olar ki, ilk iki il gələcək sovet mütəxəssislərinin “ideoloji hazırlığına” həsr edilir və bu məqsədlə ixtisas üzrə hazırlığa demək olar ki, aidiyyəti olmayan müxtəlif fənnlər tədris edilirdi".

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov bildirib.

Onun sözlərinə görə, nəticədə ixtisas fənlərinə az vaxt ayrılır və ixtisas fənnlərin tədrisinə gec, yəni ikinci kursdan sonra başlanılırdı: “İdeoloji hazırlıq” hazırda tələb olunmasa da, həmin yanaşma bu gün də tətbiq edilir və nəticədə tələbələr ixtisas baxımından lazımsız və faydasız fənlərlə əsassız olaraq yüklənirlər".

Fəqan Əzimli

Xəbər lenti