Logo

Buraxılış imtahanlarının dəqiq tarixləri nə üçün gec açıqlanır?

24.01.2022 11:40 411 baxış
IMG

Pandemiyadan öncə DİM tərəfindən növbəti il ərzində keçiriləcək imtahanların qrafiki adətən yanvar və ya fevral aylarında elan olunurdu.

Tehsil.biz xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildiriblər.

Qeyd olunub ki, “COVID-19”la əlaqədar sanitar-epidemioloji vəziyyəti qabaqcadan müəyyən etmək çətindir. Ona görə də Mərkəz tərəfindən keçiriləcək imtahanların qrafiki 2 ildir ki, hissə-hissə təqdim olunur.

Xatırladaq ki, mərkəz tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının isə aprel ayı ərzində keçirilməsi nəzərdə tutulduğu, bu imtahanların keçirilmə tarixləri və yerlərinin yanvar ayı ərzində elan olunacağı bildirilib.

Xəbər lenti