Logo

Xüsusi qabiliyyət imtahanlarında iştirak edən nəzarətçilər üçün təlim keçirilib

24.01.2022 13:04 234 baxış
IMG

21 yanvar tarixində Dövlət İmtahan Mərkəzində xüsusi qabiliyyət imtahanlarında iştirak edən nəzarətçilər üçün təlimlərə başlanılıb.

Tehsil.biz xəbər verir ki, təlimdə iştirakçılara istiqamətlər üzrə xüsusi qabiliyyət imtahanlarının xüsusiyyətləri, imtahan zalında nəzarətçilərin yerinə yetirdikləri vəzifələr, abituriyentin davranış qaydaları və s. barədə təqdimat edilib. Bununla yanaşı, təlimdə iştirakçıların sualları cavablandırılıb, imtahan zamanı yarana biləcək konkret sutiasiyalara uyğun tövsiyələr verilib. 

Təlim COVID-19 pandemiyası ilə əlaqədar qapalı məkanda tələb olunan qaydalara uyğun təşkil olunub. Növbəti təlimin yaxın günlərdə keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti