Logo

DİM “Yaşat” Fondu ilə birgə şəhid övladlarının iştirakı ilə növbəti tədbir təşkil edib - FOTO

24.01.2022 14:16 381 baxış
IMG

21 yanvar 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə vətənimizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə şəhid olmuş şəxslərin məktəbli övladlarının iştirakı ilə tədbir təşkil edilib.

Tehsil.biz xəbər verir ki, tədbir iştirakçılarına DİM tərəfindən nəşr olunan müxtəlif dərs vəsaitləri və otk.az saytı vasitəsilə keçirilən sınaq imtahanlarına ödənişsiz kuponlar hədiyyə edilib. İştirakçılara kuponların istifadə qaydaları və otk.az saytının “fənlər və siniflər üzrə sınaq imtahanları”, “IX və XI sinif şagirdləri üçün onlayn buraxılış imtahanları”, “interaktiv siniflər üzrə test kitabları”, “interaktiv test topluları” və digər xidmətləri haqqında məlumat verilib.

Bundan əlavə, iştirakçılara keyfiyyətli psixoloji dəstək xidmətləri göstərmək, psixoloq fəaliyyətinə adekvat münasibətin formalaşmasına, psixoloji biliklər sahəsində dünyagörüşünün genişləndirilməsinə töhfə vermək məqsədi ilə DİM tərəfindən yaradılan e-psixoloq.az saytı barəsində məlumat verilib. Təqdimatda saytın əsas fəaliyyət istiqamətləri olan onlayn konsultasiyalar, maarifləndirici materiallar, psixoloji testlər və peşələrin təsviri xidmətlərindən istifadə qaydaları izah edilib.

Məlumat üçün bildirək ki, Dövlət İmtahan Mərkəzi Naxçıvan, Gəncə, Bərdə, Tovuz və Şirvan şəhərlərində analoji tədbirlər həyata keçirib və bundan sonra da bu istiqamətdə görüşlərin keçirilməsi davam etdiriləcək.

Xəbər lenti