Logo

Məktəblərdə karantin müddəti AZALDILDI

24.01.2022 14:25 638 baxış
IMG

Nazirlər Kabinetinin qərarına əsasən təhsil müəssisələrində karantin müddəti 7 günə endirilib.

Tehsil.biz xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev bildirib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı hər bir dövlət qurumuna şamil edilir: “Ölkədə karantin müddətinin 7 günə endirilməsi bütün dövlət qurumlarına aiddir. Nazirlər Kabinetinin qərarında göstərilib ki, ölkə üzrə karantin müddəti 7 günə endirilib. Bu qərar məktəblərə də şamil edilir”.

Xatırladaq ki, beynəlxalq təcrübəni və mövcud elmi araşdırmaların nəticələrini nəzərə alaraq, SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti ölkəmizdə 24 yanvar 2022-ci il tarixindən etibarən 14 gündən 7 günə azaldılıb.

Xəbər lenti