Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə İş üzrə Baş İdarəsi (YTB) ilə əməkdaşlıq çərçivəsində bu ölkənin ali təhsil müəssisələrində 2022-2023-cü tədris ili üçün doktorantura təhsili və tədqiqat sahəsi üzrə təqaüd proqramına sənəd qəbulu davam edir.
Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Türkiyə tərəfi üzrə son müraciət fevralın 20-dək aparılacaq.
Proqram barədə əlavə məlumatla Təhsil Nazirliyinin saytındakı elan vasitəsilə tanış olmaq mümkündür.