Logo

BDU-nun tələbəsi sambo üzrə Respublika çempionu olub

24.01.2022 15:09 318 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin 1-ci kurs tələbəsi Murad Əliyev yeniyetmələr arasında sambo üzrə Respublika birinciliyinin qalibi olub.

Tehsil.biz xəbər verir ki, 58 kq çəki dərəcəsində yarışan Murad Əliyev keçirdiyi 6 görüşü qələbə ilə başa vurub. Bu yarış Azərbaycan yığma komandasını seçmək üçün Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunur və yarışın qalibləri dünya və Avropa çempionatlarında ölkəmizi təmsil etmək hüququ qazanırlar.

Qeyd edək ki, tələbə Murad Əliyev dəfələrlə ölkəmizdə, Türkiyə və Gürcüstanda keçirilən idman yarışlarının qalibi olub.

Xəbər lenti