Logo

Tələbələrin Xalq artisti Nurəddin Mehdixanlı ilə görüşü keçirilib

24.01.2022 15:15 636 baxış
IMG

"ASAN Könüllüləri" Təşkilatının "Mədəniyyət carçısı" proqramının və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə “Milli mənəvi dəyərlər” layihəsi çərçivəsində Azərbaycan Respublikasının görkəmli teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlı ilə tələbələrin görüşü keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə "səhnə ustalığı" mövzusunda müzakirələr aparılıb, Azərbaycanda teatr sahəsinin inkişafı istiqamətində görülən işlərdən danışılıb. N.Mehdixanlı ölkəmizdə mədəniyyətə, incəsənət xadimlərinə göstərilən dövlət qayğısından bəhs edib, Azərbaycanda teatr tarixindən, teatr sənətindən söhbət açıb.

Sonda N. Mehdixanlı “ASAN könüllüləri”nin və BDU tələbələrinin çoxsaylı sualları cavablandırılıb.

Xəbər lenti