Logo

"Tələbə köçürülməsinin ləğvi bəzi universitetlərin işinə yarayıb" - Təhsil eksperti

24.01.2022 15:24 361 baxış
IMG

"Təhsil Nazirliyi fevral ayında tələbə köçürülməsini həyata keçirməyəcək. Bunu akademik gecikmənin olmaması üçün ediblər".

Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, tələbə köçürülməsinin həyata keçirilməməsi bəzi universitetlərin işinə yarayıb: "Transfer pəncərəsi açılanda bəzi universitetlər ciddi şəkildə tələbə itirirdilər. Fikrimcə, ölkə təhsilində son illərin ən yaxşı islahatlarından biri tələbə köçürülməsinin elektron qaydada həyata keçirilməsidir. Yaxşı olardı ki, Təhsil Nazirliyi hər köçürülmədəm sonra nə qədər tələbənin haradan-haraya köçürülmə etdiyini də açıqlasın. O zaman bizim ali təhsilin keyfiyyət mənzərəsi ortaya çıxar".

Ekspert hesab edir ki, tələbələrin köçürülməsi təxirə salınmaya bilərdi: "Transfer prosesi elektron qaydada həyata keçirilir. Avtomatik formada da tələbə balı çatan universitetin ixtisasını seçməklə köçürülməsini edə bilər. Transferə ciddi şəkildə ehtiyacı olan tələbələr var. Hesab edirəm ki, onları nəzərə almaq lazımdır".

Fəqan Əzimli

Xəbər lenti