Yanvarın 24-də təhsil naziri Emin Əmrullayev Sabirabad rayonuna səfəri çərçivəsində Sabirabad, Saatlı, İmişli və Beyləqan rayon təhsil şöbə müdirləri və müdir müavinləri ilə görüşüb.
Tehsil.biz xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutan görüşdə qeyd edilən bölgələr üzrə şagird sayı 200-dən çox olan məktəblərin direktorları da iştirak edib.
Görüş zamanı sözügedən bölgələrdə təhsil sahəsinin mövcud problemləri və həlli istiqamətində müvafiq fikirlər səsləndirilib.
Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.