Logo

Universitetdə atışma, yaralılar var

24.01.2022 18:01 837 baxış
IMG

Almaniyanın cənub-qərbində yerləşən Heydelberq Universitetində atışma olub.

Tehsil.biz “DPA” agentliyinə istinadən xəbər verir ki, bir şəxs universitetin mühazirə zalında odlu silahdan atəş açmağa başlayıb. Nəticədə, bir neçə nəfər yaralanıb.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Atəş açan şəxsin öldürüldüyü bildirilir.

Universitetin ətrafı mühasirəyə alınıb. Hadisənin detalları araşdırılır.

Xəbər lenti