Logo

"Bu il Azərbaycan məktəblərinə 40 min kompüterin verilməsi planlaşdırılır"

24.01.2022 18:15 1143 baxış
IMG

“Azərbaycan məktəblərinə bu il 40 min kompüterin verilməsini planlaşdırırıq.”

Tehsil.biz Apa-ya istinadən bildirir ki, bu açıqlamanı təhsil naziri Emin Əmrullayev Sabirabadda yeni tikilən 624 şagird yerlik Nizami kənd tam orta məktəbi və Sabirabad şəhərindəki Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbdə yaradılan STEAM Mərkəzinin açılışı zamanı verib.

O bildirib ki, ümumi hədəf ondan ibarətdir ki, kompüterləri tədrisin vacib bir elementi olaraq istifadə edilsin. Nazirin sözlərinə görə, Sabirabad rayonunun kəndlərindən, eləcə də Saatlı və digər qonşu rayonlardan olan məktəblilərin də STEAM Mərkəzdən faydalanması nəzərdə tutulur: “Azərbaycan Respublikasının vitse-prezidenti Mehirban Əliyevanın dəstəyi ilə Azərbaycanda artıq 3 ildir ardıcıl olaraq müxtəlif rayonlarda belə mərkəzlər açılır. Bu mərkəzimiz Şirvan, Gəncə, Quba, Bakı, Abşeron və Bərdə mərkəzlərindən sonra açılan mərkəzimizdir. Növbəti mərkəzlər də hazırlanmaqdadır. STEAM mərkəzinin mahiyyəti ondan ibarətdir ki, şagirdləri müasir məzmunla tanış edək. Burda həm elm, həm riyaziyyat və həm də texnologiya, mühəndislik, ümumiyyətlə yaradıcı sahələrin inteqrasiya olunması formatında təlim təşkil olunur.”

Nazir bildirib ki, təhsil nazirliyi tədricən Azərbaycan müəllimlərinin təlimini təşkil etməklə hətta bölgələrdə, müxtəlif kəndlərdə, daha geniş coğrafiyada daha çox şagirdi daha çox məzmunla əhatə etməyi planlaşdırır.

Xəbər lenti