Logo

ADNSU-nun tələbələri üçün informasiya texnologiyaları kursları təşkil edilir

24.01.2022 18:40 619 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2021-2022-ci tədris ilinin yaz semestrində 3-cü və 4-cü kurs tələbələri üçün informasiya texnologiyaları kursları keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib. Bildirilib ki, kurslarda informasiya texnologiyaları ixtisasları üzrə təhsil alan tələbələr iştirak edəcəklər.

Maraqlananlar fevralın 1-dək müraciət edə bilərlər.

Qeyd edək ki, bu layihəyə fevralın 16-da start veriləcək.

Xəbər lenti