Logo

Bakı Ali Neft Məktəbi tələbələrinin “Viskas ayı” aksiyası yekunlaşıb

24.01.2022 18:56 381 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) Heyvanlara Qayğı Klubunun (Animal Care Club) təşkilatçılığı ilə həyata keçirilən “Viskas ayı” aksiyası yekunlaşıb.

Bu barədə "Tehsil.biz"ə BANM-dən məlumat verilib.

Bildirilib ki, küçə heyvanlarını yemləmək, insanları onlara daha həssas yanaşmağa sövq etmək məqsədi daşıyan aksiya iki ay davam edib. Bu müddətdə aksiyaya ali məktəbin 100-ə yaxın tələbə və əməkdaşı qoşularaq 300-dən çox küçə heyvanının yemlənməsini təmin edib.

Xəbər lenti